Azərbaycanda koronavirus testlərinin sayı 800 mini keçdi

Azərbaycanda koronavirus testlərinin sayı 800 mini keçdi
731 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 12-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2269 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 221 nəfər reanimasiyada, 41 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 33 824 nəfər virusa yoluxub, 31 058 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 8054 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 804 513 test aparılıb.

Qeyd edək ki, bu gün 93 koronavirusa yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 202 nəfər sağalıb.