Sənət dünyasının illərdir küsülü olan simaları - Fotolar

Sənət dünyasının illərdir küsülü olan simaları -  Fotolar
20876 dəfə oxunub
  • A-
  • A
  • A+

Şou-biznesdə qalmaqal hər zaman olub. Bunun nəticəsində isə bir çox ifaçılar illərdir küsülüdürlər. Onlar bir-biri ilə danışmır, eyni məkanda olanda görməməzlikdən gəlirlər.

Axşam.az illərdir küsülü olan sənət adamlarının siyahısını təqdim edir.

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova küsülüdür. Buna səbəb Laləni görünüşünə görə Dadaşovaya bənzətmələri olub. Bu, B.Dadaşovanın xoşuna gəlməyib.

 

Brillant Dadaşovanın danışmadığı digər həmkarı Xalq artisti Aygün Kazımovadır. İllərlə yaxın rəfiqə olan ifaçılar arasından "qara pişik" keçib. Onlar hər fürsətdə bir-birinin ünvanına söz atmağa çalışırlar.

Xalq artistləri Bəsdi Cəfərova və Zemfira Nərimanova illərdir küsülüdürlər. Qrup yoldaşı olan aktrisaların danışmamasının səbəbi bəlli deyil. Onların küsülülüyü 30 ildən çoxdur davam edir. Hətta aktrisaların çalışdıqları teatrda əlbə-yaxa dava etdikləri də dəfələrlə deyilib.

Xalq artistləri Röya Ayxanla Aygün Kazımova da danışmır. Onlar bir müddət əvvəl barışdıqları desələr də, heç bir tədbirdə birlikdə görüntülənməyiblər. Aralarındakı soyuqluq illərdir bitmir.

 

Xalq artisti Məleykə Əsədova ilə Əməkdar artist Vəfa Zeynalova arasında da soyuqluq var. Onların mübahisəsi çalışdıqları Akademik Milli dram teatrında başlayıb.

Məleykə Əsədova ilə Xalq artisti Firəngiz Mütəllimovanın da danışmadığı haqda bir vaxtlar xəbər yayılmışdı. Hazırda onların barışıb-barışmadığı məlum deyil.

Aparıcılar Zaur Baxşəliyevlə Nanə Ağamalıyeva da eyni kanalın əməkdaşları olsalar da küsülüdürlər. Bir vaxtlar dost olan, eyni verilişdə çalışan aparıcılar 10 ildən çoxdur ki, danışmırlar.

Zaurun danışmadığı digər həmkarı isə Xoşqədəm Hidayətqızıdır. Bir vaxtlar eyni kanalda işləyən aparıcıların arasındakı mübahisəyə eyni formatda veriliş aparmaları səbəb olub.

Xalq artisti Röya Ayxan müğənni Elnur Məmmədovla danışmır. Hətta Röya bildirib ki, heç vaxt onu bağışlamayacaq.

Röyanın danışmadığı digər sənət yoldaşı isə müğənni Natavan Həbibidir. Bir vaxtlar eyni qrupda oxuyan, bir evdə qalan sənətçilərin sən demə, arasında illərdir davam edən soyuq müharibə var imiş. Natavanın son vaxtlar verdiyi qalmaqallı açıqlamadan sonra bəlli olub ki, Röya ilə münasibətləri uzun illərdir pozulub.