Atasına yas mərasimi keçirən oğul saxlanıldı

Atasına yas mərasimi keçirən oğul saxlanıldı
1091 dəfə oxunub
  • A-
  • A
  • A+

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

Axşam.az DİN-in Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən 6 nəfər polis şöbəsinə gətiriliblər.

Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.