Saymon Kouellin onurğası sınıb

Saymon Kouellin onurğası sınıb
1137 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyaca məşhur aparıcı-prodüser Saymon Kouellin onurğası sınıb.

Axşam.az xəbər verir ki, bu barədə aparıcıya yaxın mənbələrdən biri “DailyMail” nəşrinə açıqlamasında bildirib.

Hadisə Saymonun Malibudakı evində baş verib. O, yeni aldığı elektrik velosipedi sınaqdan keçirərkən yıxılıb və ciddi xəsarət alıb. Onurğası qırılan 60 yaşlı aparıcının əməliyyat olunacağı qeyd edilib.

Xatırladaq ki, Saymon “America's Got Talent”, “Britain's Got Talent” və “X Factor” kimi məşhur müsabiqələrin hakimi və prodüseridir.