Reanimasiyada olan xəstələrin sayı azaldı

Reanimasiyada olan xəstələrin sayı azaldı
749 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2146 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 213 nəfər reanimasiyada, 44 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 33 915 nəfər virusa yoluxub, 31 269 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7520 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 812 033 test aparılıb.

Qeyd edək ki, bu gün 91 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 211 nəfər sağalıb.