Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda 66 892 şübhəli koronavirus testindən keçib, onlardan 1243-nün  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 647 nəfər olub, 968 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 245 635 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5912 nəfər ölüb.

 



Xəbər lenti