Tibbi maskadan istifadə etməyənlər cərimələndi - Fotolar

Tibbi maskadan istifadə etməyənlər cərimələndi -  Fotolar
1346 dəfə oxunub
  • A-
  • A
  • A+

Oğuz rayonunda qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib.

Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib.

Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək, cərimələniblər.