"Sevinməsinlər qayıdacam" - Ayan

"Sevinməsinlər qayıdacam" -  Ayan
2345 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva yenidən Türkiyəyə köçməsi haqda şayilərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi İstanbula yalnız yay tətili üçün getdiyini deyib:

"Əvvəldən planlaşdırmışdım ki, sərhədlər açılan kimi ailəmlə birlikdə İstanbula evimə gələcəm. İndi də istirahətə gəlmişik. Sevinməsinlər, bura köçmürəm, qayıdacam".

Ayan Azərbaycanda qurduğu biznesdən də söz açıb:

"Hamı necə, mən də elə... Tək mənim gəlinlik mağazam bağlı qalmayıb ki, narahat olam. Mağazanı açdım, karantin düşdü və bağladıq. Karantin bitən kimi gəlinlik evim yenidən fəaliyyət göstərəcək".