Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı

Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
915 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2024 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 197 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 34 018 nəfər virusa yoluxub, 31 490 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7969 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 820 002 test aparılıb.

Qeyd edək ki, bu gün 103 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 221 nəfər sağalıb.