Məşhur bəstəkara koronavirus peyvəndi vurulacaq

Məşhur bəstəkara koronavirus peyvəndi vurulacaq
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Müasir teatrın canlı klassiki, britaniyalı məşhur bəstəkar Endryu Lloyd Uebberə COVİD-19 virusu əleyhinə hazırlanan peyvənd vurulacaq.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi Tvitter səhifəsində məlumat verib:

“Mən çox sevincli və həyəcanlıyam. Çünki sabah mənə koronavirusa qarşı hazırlanmış vaksini vuracaqlar. Teatrların yenidən açılması üçün əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, Endryu Lloyd Uebberə vurulacaq olan “ChAdOx1 nCoV-19” adlı peyvəndi Oksford Universiteti hazırlayıb. Testlərin ilk mərhələsi yaxşı nəticə göstərdiyi üçün Britaniyadan 10 mindən artıq könüllüyə həmin vaksinlər vurulacaq.