"Məktəblərlə bağlı yekun qərar yoxdur" - Hikmət Hacıyev

"Məktəblərlə bağlı yekun qərar yoxdur" -  Hikmət Hacıyev
1887 dəfə oxunub
  • A-
  • A
  • A+

Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ kompleks şəkildə araşdırılır.

Axşam.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycanda virusa yoluxma sayının azalması vətəndaşların məsuliyyətli davranışı və qaydalara əməl etməsinin nəticəsidir:

"Biz birgə səylərimizlə bu nəticələrə nail olmuşuq. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələ kompleks şəkildə araşdırılır. Digər ölkələrin təcrübəsinə də müraciət edilir. Təhsil Nazirliyi tərəfindən qurulmuş ictimai müzakirə formatı çərçivəsində şagirdlər, valideynlər və ictimai ekspertlərin fikirləri öyrənilir. Yekun qərar hələ yoxdur. Bu epidemioloji vəziyyətlə bilavasitə bağlı olan bir sahədir".