Həkim Cavid Paşayev koronavirusdan sağaldı

Həkim Cavid Paşayev koronavirusdan sağaldı
1141 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusa yoluxan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev sağalıb.

Axşam.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, COVID-19 virusuna yoluxmuş həkim Cavid Paşayev sağalıb: "O, xəstəliyi çox ağır keçirmişdi. Artıq sağalıb və bu gün evə buraxılacaq. Koronavirus xəstələrinin müalicəsinə göstərdiyi dəstəyə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkürlərimi bildirirəm".

Qeyd edək ki, Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülmüşdü.