“Çölçü” filmi İtaliyada mükafata layiq görülüb

“Çölçü” filmi İtaliyada mükafata layiq görülüb
748 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir uğura imza atıb.

Axşam.az xəbər verir ki, MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020 (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti “Çölçü”nü “Ən yaxşı bədii film” mükafatına layiq görüb.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012–ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib. Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.