"7 aydır evdə oturmuşuq, Allah köməyimiz olsun"

"7 aydır evdə oturmuşuq, Allah köməyimiz olsun"
3017 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı bölgələrə yollar açılan kimi istirahətə yollanıb.

Axşam.az xəbər verir ki, sənətçi Qusarda dincəlir. O, ailəsi ilə birlikdə getdiyi gəzintidən görüntüləri sosial şəbəkədə yayımlayıb.

Xuraman paylaşımına "Axır ki, uşaqlar dağ havası uddu. 7 aydır evdə oturmuşuq, Allah köməyimiz olsun. deyirlər, hansı iqlimdə göz açmısansa, insan o iqlimdə xoşbəxt olur. Mən də dağlarda olanda xoşbəxt oluram" sözlərini yazıb.