Tanınmış aparıcı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.

Axşam.az xəbər verir ki, Samirə Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İ̇nformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.



Xəbər lenti