İlk iş günü təravətli görünmək üçün bunları edin

İlk iş günü təravətli görünmək üçün bunları edin
3320 dəfə oxunub
  • A-
  • A
  • A+

Həftənin ilk iş günü dəyişik, təravətli görünmək üçün özünüzə qulluq edin. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın.

Axşam.az xarici KİV-ə istinadən sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edir:

1. Kartoflu cəfəri maskası

Kartofu sürtgəcdən keçirib, içərisinə xırda doğranmış cəfəri əlavə edin. Soyuducuda 2 saat saxladıqdan sonra üzünə çək. 20 dəqiqə saxladıqdan sonra yu.

2. Kosmetik qalıqları təmizləyəcək maska

Kosmetikanı sildiyin salfeti soyuducuya qoy. 2 saat saxladıqdan sonra soyuq salfetləri üzünə düz. 15-20 dəqiqə saxladıqdan sonra üzünü həmin salfetlərlə sil.

3. Özünümassaj

Barmaqlarınla üzünü massaj et. Massaja yanaqlarının altından başla. Çalış massaj edərkən dərini yuxarı doğru dart. Bunu 15 dəqiqə davam etdir.

4. Soyuq qaşıqlar

Çay qaşığını soyuducunun buz yerinə qoy. Axşam yatmazdan əvvəl qaşığı gözünün altına qoy və hərarəti dəyişənə qədər saxla. Bu qara kölgənin getməsinə kömək olacaq.

5. Çaylı kompres

Axşamdan dəmlənmiş çayı tənzifin arasına töküb, soyuducuda saxla. Səhər üzünü yuduqdan sonra onunla silib işə yollan.