Əyyub Quliyev beynəlxalq forumda - Foto

Əyyub Quliyev beynəlxalq forumda -  Foto
808 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrın 9-10-da dünyanın nüfuzlu musiqi təşkilatlarından olan Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA – Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

Axşam.az xəbər verir ki, forumda dünyanın 40 ölkəsindən 120 mədəniyyət xadimi – dünyanın tanınmış opera teatrlarının direktorları (Royal Opera House Covent Garden,  Metropolitan Opera,  Algiers Opera House,  Staatsoper  Unter den Linden (Germany), The Israeli Opera,  Teatro Carlo Felice , Teatro dell’Opera di Roma, Teatro Regio di Parma, New National Theatre Tokyo, Dutch  National Opera, Royal Opera House Muscat, Opera Siam/Thailand ), nüfuzlu musiqi festivallarının bədii rəhbərləri, simfonik orkestrlərin (Chicago Symphony Orchestra, Philadelphia Symphony Orchestra, Royal Philharmonic Orchestra) prezidentləri və müxtəlif  kontinentlərdə yerləşən məşhur konsert salonlarının (Barbican Centre, Carnegie Hall, John F.Kennedy Centre)  musiqi rəhbərləri iştirak edib.

 

Pekin şəhərinin meri Çen Jininq forumu açıq elan edib. Daha sonra Çin Xalq Respublikasının Mədəniyyət Naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq və vitse-prezidenti Ju Yanq iştirakçılara uğurlar arzulayıblar.

Forumun rəsmi gündəliyinə əsasən, 11 nəfərin çıxışı dinlənilib. Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan, son illərdə reallaşdırılmış tamaşalardan geniş danışıb. Əyyub Quliyev eyni zamanda Azərbaycan  Dövlət Opera Teatrının bu il qeyd olunması planlaşdırılan 100 illik yubileyi barədə forum iştirakçılarını məlumatlandırıb.