Oğlunu itirən Xalq artistinin yeni görüntüsü

Oğlunu itirən Xalq artistinin yeni görüntüsü
4541 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Canəli Əkbərovun yeni görüntüsü yayılıb.

Axşam.az xəbər verir ki, videonu Əməkdar artist Babək Niftəliyev sosial şəbəkə hesabında yayımlayıb.

Müəllimini ziyarətə gedən xanəndə "Xalq artisti, ustadım Canəli Əkbərovu ziyarət etdim. Müəllimlik ən böyük zirvədir. Tələbə, şagird hər zaman ona əziyyət çəkən müəllimlərini unutmamalıdır. Allah şəfa versin korifey sənətkarımıza" sözlərini yazıb.

Qeyd edək ki, C.Əkbərov iyulda oğlunu itirib. Onun övladı xərçəngdən əziyyət çəkirdi. Bir neçə ay əvvəl isə onun qardaşı Rusiyada vəfat etmişdi. Ayağında problem olan xanəndə uzun müddət xəstəxanada yatmışdı.