Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım

Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım
881 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə  sosial şəbəkə hesabında paylaşım edib.

Axşam.az həmin paylaşımı təqdim edir:

“Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”.