Partisində 10 nəfər koronavirusa yoluxdu: "Böyüdəcək heç nə yoxdur"

Partisində 10 nəfər koronavirusa yoluxdu:  "Böyüdəcək heç nə yoxdur"
2108 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə gözəli Şevval Şahin ilə sevgilisi Yiğit Marcus Aral pandemiya dövrünü birlikdə Mayamidə keçirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Türkiyəyə qayıdan kimi hər gün partilərə gedən model gündəmdən düşmür.

Marcus Aral avqustun 30-da Boğazdakı evində məşhurların da yer aldığı ad günü partisi keçirib. Gecədə isə 10-dan çox insan koronovirus infeksiyasına yoluxub.

Şevval Şahin isə gündəmdən düşməyən məsələ ilə bağlı "Böyüdəcək heç nə yoxdur" cavabını verib. Onun bu sözləri tənqid edilib.

Şevval və Yiğit ötən gün gəzintidə görüntüləniblər. Məsələ ilə bağlı suallara Aral "Yaxın birinin səni arxadan xəncərlə vurması kimi bir hal oldu" cavabını verib. Digər tərəfdən isə o, sevgilisini savadsız adlandıranları tənqid edib.

Koronavirusu qriplə bərabər bir xəstəlik adlandıran və və hamının bir gün buna yoluxacağını deyən Aral məşhurluğuna görə hər kəsin Şevvalın üstünə haqsız gəldiyini bildirib.