Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarətin yaranmasına səbəb orqanizmdəki viruslardır. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir.

Hərarəti salmaq üçün müxtəlif dərmanlardan istifadə etməyə tələsməyin. Ev şəraitində heç bir kimyəvi tərkibi olmayan vasitələrlə də hərarəti salmaq mümkündür.

Əgər hərarət yüksəlibsə…

· Təbii portağal şirəsi için

· 1 stəkan böyürtkən yeyin

· Quşüzümü şirəsini su ilə qatıb iç

· Yaşıl yulaf otundan 30 qr. götürüb, 1 litr qaynar suya töküb, 2 saat saxlayın. Gün ərzində üç-dörd dəfə 1/2  stəkan için.  
 

 



Xəbər lenti