Kardi Bi reperdən ayrıldı

Kardi Bi reperdən ayrıldı
566 dəfə oxunub
  • A-
  • A
  • A+

27 yaşlı müğənni Kardi Bi 28 yaşlı reper Offsetdən (Kiari Kendrell Sifus) ayrılıb.

Axşam.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb. Sənətçi bunla bağlı 15 sentyabrda məhkəməyə boşanma ərizəsi verib.

Kardi Bi 2 yaşlı qızı Kalçerin qəyyumluğunun ona verilməsini istəyib. Müğənni bildirib ki, hakimdən uşağı görməklə bağlı vaxt bölgüsünü bərabər etsinlər.

Qeyd edək ki, Kardi 2017-ci ildə Offset-lə nikah masasına oturub. Onların münasibətləri hər zaman yaxşı olmayıb. 2018-ci ildə cütlüyün qızı dünyaya gəlib. "Münasibətin bitməsində heç kim günahkar deyil. Düşünürəm ki, sevgi bitdi" deyə, Kardi söyləyib.