Üzə necə qulluq etmək lazımdır?

Üzə necə qulluq etmək lazımdır?
1764 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər bir qadın üz dərisinin ideal görünməsi üçün müxtəlif vasitələrə əl atır.

Axşam.az xarici mətbuata istinadən peşəkar kosmetoloqların qadınlara üz baxımı üçün məsləhət gördüyü amilləri təqdim edir:

22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki bu yaşdan sonra orqanizmdə bioloji qocalma prosesi başlayır. Cod su və gün işığı bu problemi yaradan başlıca səbəblərdəndir.

Hər gün üzə nəmləndirici krem çəkmək lazımdır. Bu, dəridə kollogeni tənzimləyib, qırışların qarşısını alacaq.

Çoxlu yaşıl meyvə-tərəvəz yemək lazımdır. Çünki yaşıl bitki antioksidant olub, beta-karotin yaradıb, dərini cavan və təravətli saxlayır.

Üzü masaj etdirmək dəriyə qulluq prosedurlarından ən vacibidir.

Əgər dəri sudan quruyursa, üzü qazlı mineral su ilə yumaq lazımdır.