"Mənə tək sənət vəfalı çıxdı" - Aygün Bəylər

"Mənə tək sənət vəfalı çıxdı" -  Aygün Bəylər
1505 dəfə oxunub
  • A-
  • A
  • A+
"Studiya yaratmağa çalışıram. Qeyri-adi bir əsər hazırlamışam. İlk hissəsi hazırdır. Ev şəraitində onu tamamlamaq alınmır. Əsərin ikinci, üçüncü hissəsi də olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Bağ mövsümü" proqramında deyib. Muğam ifaçısı bildirib ki, studiya açmağa hazırlaşır:

"Mənə tək sənət vəfalı çıxdı. Yəqin mən ona qarşı vəfalı oldum, o da qarşılıq verdi. Ayağım büdrəsə də, yıxılsam da, qalxdım. Məni böyük sənətkarlar dəstəkləyib, arxa dururdular. Papağım var idi, yəqin ona görə düşünürdülər bu sevgini mənə etibar etmək olar".