Adına saxta profil açanları polisə şikayət etdi

Adına saxta profil açanları polisə şikayət etdi
412 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Eser Yenenler sosial şəbəkədə adına açılan bütün saxta profillərlə mübarizə aparmaq qərarına gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, saxta profillərdən ona aid olmayan paylaşımlar edildiyini və buna görə çətin anlar yaşadığını deyən sənətçi məhkəməyə üz tutub.

Eser bütün profillərins ahiblərinin tapılmasını və cəzalandırılmasını tələb edib. Yenenler onun icazəsi olmadan hansısa bir səhifədə onla bağlı foto və ya məlumat paylaşılmasına qadağa qoyulmasını istəyib.

Aktyor özəl həyatı ilə bağlı paylaşımlarda təhqirlərə məruz qalmasından şikayətlənib.