"Bir neçə gün məni çəkməyin"

"Bir neçə gün məni çəkməyin"
3952 dəfə oxunub
  • A-
  • A
  • A+

İki gün ard-arda görüntülənən aktrisa Serenay Sarıkaya media nümayəndələrinə müraciət ünvanlayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa bu dəfə İstanbulun Kuruçeşme səmtində paparassilərin obyektivinə tuş gəlib.

Əlində qəhvə ilə küçəyə çıxan Serenay "Yeni layihə var" sualına etiraz edib.

"Dünən danışmışıq. Sizinlə nə edəcəyik biz? Bir neçə gün məni çəkməyin, sonra sual verərsiz. Eyni şeyləri danışırıq" deyə, aktrisa söyləyib.