"Mədəniyyət sahəsində çalışan insanların əməkhaqqısı yüksək deyil"

"Mədəniyyət sahəsində çalışan insanların əməkhaqqısı yüksək deyil"
807 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bildirim ki, mədəniyyət sahəsi strateji bir istiqamətdir. Prezidentin tapşırğı ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyətimizi gücləndirək. Yeni strategiya hazırlanmalı və bu bizim üçün yol xəritəsi olmalıdır. Biz islahat işçi qrupu təsis etmişik. Bu qrupa yerli və xarici ekspertlər dəvət edilib".

Axşam.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında mədəniyyət naziri səlahiyyətlərini icra edən Anar Kərimov çıxışında deyib. A.Kərimov bildirib ki, 2 aydır birinci müavin və nazir əvəzi kimi fəaliyyət göstərir.

"Prosesi daha da ictimailəşdirmək məqsədilə çağırış elan etdik. Bu çağırışlar şəffaflığın artırılması, iqtisadi modellərin tətbiq edilməsi ilə bağlı idi. 2 ay müddətində 200-dən çox rəy və təklif almışıq. Hamı gözləyir ki, biz bu sahəyə hansısa yeniliklər gətirək" deyə, o, əlavə edib.

A.Kərimov mədəniyyət sahəsində çalışan şəxslərin əmək haqqısından danışıb:

"Həm mərkəzi aparatda, həm də tabe olan müəssisələrdəki sahələrlə yox, daha çox müəssisələrlə məşğul olunmalıdır deyə fikir var idi. Bu kökündən yanlış yanaşmadır. Bizim missiyamız ondan ibarətdir ki, cəmiyyətin və fərdi insanların inkişafında rolumuzu artıraq. Bu zaman üzləşdiyimiz problemləri etiraf etməliyik. Hüquqi bazanın genişləndirilməsinə ehtiyac var. Bunun üçün də Mədəniyyət komitəsi bizə kömək olmalıdır. Sirr deyil ki mədəniyyət sahəsində çalışan insanların əməkhaqqısı yüksək deyil. Biz iqtisadi modellərin tətbiq edilməsini istəyirik. Digər məsələ şəffaflıq məsələdir ki, o da mütləq tətbiq olunmalıdır”.