Türkiyədə 1143 nəfər koronavirusdan sağaldı - 66 xəstə öldü

Türkiyədə 1143 nəfər koronavirusdan sağaldı -  66 xəstə öldü
332 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son sutka ərzində koronavirusdan 66 nəfər ölüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 24 saatda 109 985 şübhəli koronavirus testindən keçib, onlardan 1648-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1372 nəfər olub, 1143 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 298 039 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 263 745 nəfər sağalıb, 7315  nəfər ölüb.