"Hamiləyəm dostlar" - Kənan jurnalistləri ələ saldı

"Hamiləyəm dostlar" -  Kənan jurnalistləri ələ saldı
2925 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Kənan Doğulu xəstəxanadan çıxarkən görüntülənib.

Axşam.az xəbər verir ki, müxbirlərlə qarşılaşan sənətçi "Hamiləyəm dostlar" deyərək zarafat edib.

O, sadəcə müayinə olunmaq üçün gəldiyini və hər şeyin qaydasında olduğunu bildirib.

K.Doğulu aktrisa həyat yoldaşı Beren Saatın rol aldığı "Atiye" serialı barədə də danışaraq gülümsəyib:

"İkinci mövsümü 8 saata izlədim. O qədər əmək var, əziyyət çəkirlər. 8 saatda izləyib, qurtarırsan, çox ayıbdır".

Qeyd edək ki, mediada Beren Saatın tez-tez hamilə olması haqda yalan məlumatlar yazılır.