"Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar" - Yalçın Rzazadə

"Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar" -  Yalçın Rzazadə
2013 dəfə oxunub
  • A-
  • A
  • A+
"Çox ağır vəziyyətdə idim. Bir il Türkiyədə müalicə adım, Bakıya yeni qayıtmışam. Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə məni dəhşətli ağır vəziyyətdə Türkiyəyə müalicəyə apardılar. Məni ölümdən qaytarıb, həyat verdilər. İndi özümü yaxşı və xoşbəxt hiss edirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Yalçın Rzazadə "Hər səhər" proqramında deyib. Müğənni keçirdiyi xəstəlikdən bəhs edib. O bildirib ki, bir il davam edən müalicədən sonra artıq özünü yaxşı hiss edir.

Y.Rzazadə mahnılarını oxuyub adını çəkməyənlərdən gileylənib:

"Çox mahnılarım var, indi də başqaları oxuyur. Bir iradım var ki, oxuyanda deyilməlidir bu kimindir. Dünyada belə qanun var. Hamı oxuduğu mahnının ilk ifaçısını deyir".