15 gün əvvəl ana olan Eylül Öztürk telefonuna gələn bir mesaja şok olub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkə fenomeninə tanımadığı biri "Ərin səni aldadır. O qədər çirkin bir qadınsan ki, ərin pulun üçün səninlədir" sözlərini göndərib.

Öztürk 2017-ci ildə Barış Kenan Öztürklə nikah masasına oturub. Aleks adında bir oğlu olan Eylül bir neçə gün əvvəl ikinci övladını qucağına alıb. Cütlüyün xoşbəxtliyinə mane olmaq istəyənlər isə az olmayıb.

34 yaşındakı fenomen mesajın göndərildiyi nömrəni araşdırmaq üçün polisə şikayət edib. Mesaj ingilis dilində yazılıb. 

"Elə bil ki, Kənanın öz pulu yoxdur. Bu cür hallara baş qoşmuram. Çünki özümə və ərimə əminəm. İlk dəfə belə mesaj gələndə və siləndə hamilə idim. İndi yenə eyni formada mesaj yazdılar. Əvvəlki nömrəni qara siyahıya atmışdım. İndi başqa bir nömrədir. Mesaja hələ bir "Axmaq Kənan səni atmadı?" sözü də əlavə edilmişdi" deyə, Eylül bildirib.

O əlavə edib ki, qarşı tərəfə "Sizə yazığım gəlir" cavabını yazıb.



                 

Xəbər lenti