Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 867 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 108 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 114 və 8 idi.

Ümumilikdə 39 042 nəfər virusa yoluxub, 36 601 nəfər sağalıb, 574 nəfər vəfat edib.

Bu gün 6 722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 047 906 test aparılıb.

Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 177 nəfər sağalıb, 2 nəfər ölüb.



                 

Xəbər lenti