"Səhnəyə çıxsam, ölümə səbəb ola bilərəm"

"Səhnəyə çıxsam, ölümə səbəb ola bilərəm"
2204 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aleyna Tilki alış-veriş mərkəzlərindən birində obyektivlərə tuş gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, avtomobil dayanacağından çıxmağa üstünlük verən Tilki jurnalistlərin suallarını cavablandırıb.

Maskasız olan müğənninin köməyinə sürücüsü gəlib. O, ifaçıya maska verərək, elə müsahibə verməsini deyib. Konsertlərinin ləğv edilməsi haqda danışan Aleyna "Konsert vermirəm, amma musiqiçilərin çalışmasını çox istəyirəm. Səhnədən çörək pulu qazanan insanlar var. Səhnəyə çıxsaq, əllər havaya, oynayaq desək, ölümə səbəb ola bilərik. Musiqi heç dayanmamalıdır. qaydalara uyğun nəsə etməliyik" deyə, söyləyib.

Aleyna Amerika və İngiltərə üçün layihələr etdiyini bildirib.