İzmirin Çeşmə səmtində çimərliklərdən birində döyüldüyünü iddia edən ukraynalı model Daria Kiriliuk koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, Covid- 19 testi pozitiv çıxan model müalicə aldığını bildirib. O deyib ki, sevgilisi ilə birlikdə virusla mübarizə aparırlar:

"İki həftə İstanbulda bir oteldə otaqda qaldıq. İnsanlarla görüşməməyə, virusu kiməsə keçirməməyə çalışdıq. Otağımızı özümüz təmizləyir, küçəyə çıxmırdıq. Yeməyi isə qapının yanına qoyub gedirdilər. Yemək yediyimiz qabları sonra zibil qabına atırdıq. Çox şanslıyam dad və iybilməm itmədi, hərarətim 37-dən yuxarı çıxmadı. Sevgilimin testi pozitiv çıxmasaydı virusa yoluxduğumu bilməyəcəkdim. Hər şey geridə qaldı, indi Kiyevdəyəm".

Qeyd edək ki, model mühafizəçilər tərəfindən döyüldüyünü bildirmişdi. O, qan içində olan üzünün görüntülərini sosial şəbəkədə yayımlamışdı.



                 

Xəbər lenti