Kameron Dias bir daha qayıtmayacaq - Təkliflərdən imtina etdi

Kameron Dias bir daha qayıtmayacaq -  Təkliflərdən imtina etdi
903 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən bahalı aktrisası olduğu ərəfədə karyerasına müvvəqqəti son qoyan Hollivud ulduzu Kameron Diasla bağlı ingilis mediası məlumat yayıb. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun film aləmindən getməsinə çoxları əvvəlcə inanmasa da, zamanla gerçək olduğunu görüb.

Onun rol aldığı sonuncu filmi "Enni" 2014-cü ildə işıq üzü görmüş və 133,8 milyon qazandırmışdı. Həmin andan sənətdən uzaqlaşan Diasın bu addımı həyat yoldaşı Benci Meddenом üçün atdığı ortaya çıxıb. Həyatını ailəsinə həsr etmək qərarına gələn Kameron hazırda evliliyinin beşinci ilini qeyd edir.

20 illik fəaliyyəti ərəfəsində milyonlar qazanan Diası hazırda prodüserlər yenidən filmə çəkilmək üçün yola gətirməyə çalışırlar. O isə ailəsi ilə dincəldiyini, bu tətilin nə vaxt bitəcəyini isə bilmədiyini deyib.

"20 il ərzində çox yoruldum. Evlə çəkiliş meydançaları arasında qalmaqdan bezdim. Kənara çəkilməyə məcbur idim" deyə, aktrisa söyləyib.

2018-ci ildə isə Dias "Pensiyaya çıxdım. Heç də darıxmıram. Nəhayət sakit həyat yaşamağı öyrəndim" deyərək, söz-söhbətə son qoymuşdu.