Britaniya kraliçası prodüserin medalını geri aldı

Britaniya kraliçası prodüserin medalını geri aldı
853 dəfə oxunub
  • A-
  • A
  • A+
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynə verilən şərəf ordeni Britaniya kraliçası II Yelizaveta tərəfindən geri alınıb.

Axşam.az xəbər verir ki, "The Gazette"n nəşrinin yaydığı məlumata görə, kraliça prodüserə 2004-cü ilin 29 yanvar tarixində kino sənayesinə verdiyi töhfələrə görə təqdim edilən nişanın ləğv edilməsi barədə sərəncam verib.

Qeyd edək ki, 23 il müddətində azadlıqdan məhrum edilən Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.

Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var.