"Sevməyə gücü olan adamla birlikdə olaram"

"Sevməyə gücü olan adamla birlikdə olaram"
1295 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Merve Boluğur İstanbulda Maçka Parkında oturarkən obyektivlərə tuş gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, son günlər ayrılıq xəbəri və sosial media paylaşımları ilə gündəmdən düşməyən sənətçi sualları cavablandırıb.

Burak Dayı adlı gənclə yeni ayrılan Merve "Yeni yaşınızda qəlbiniz eşqə açıqdır" sualına "Eşq gözəldir. Sevməyi sevirəm, amma bu, şərt deyil. Gerçəkdən mübarizə apara biləcək, sevməyə gücü olan bir adamla birlikdə olaram" cavabını verib.

Boluğur "Sevgiliniz sizin üçün mübarizə aparmadı" sualını isə cavabsız qoyub.