“Əhalinin 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb”

“Əhalinin 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb”
864 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əhalinin 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb”. 

Axşam.az xəbər verir ki, bunu TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctami Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində deyib:

“Qarşıdan soyuq fəsil gəlir və soyuq fəsildə bütün respirator xəstəliklər aktivləşir. Bir çox ölkələrdə görünməmiş sayda yoluxmalar olur. Hətta karantindən çıxmış Avropa ölkələrində yoluxmanın sayında artım müşahidə edilir. İnsanlar qorunma tədbirlərinə əməl etsələr, COVİD vaksininə qədər yoluxma sayında ciddi artım olmayacaq.

Ölkəyə COVİD-19 vaksini gələrsə, ilk növbədə risk qruplarına tətbiq ediləcək. Bura yaşlı əhali qrupu, xroniki xəstəlikləri olanlar, tibb işçiləri, ola bilsin müəllimlər daxildir. Bu da təqribən əhalinin 20%-ni əhatə edəcək.

Hazırda TƏBİB tərəfindən aparılan tədqiqata əsasən, əhalinin təqribən 20-30 faizində koronavirusa qarşı immunitet yaranıb. Daha bir 20%-in də vaksinasiyası əhalinin yarısından artığında immunitet yaranacaq. Nəticədə əhalinin 50 faizində immunitet olarsa, pandemik proses dayanmış olur, yoluxma sayı artmır”.