TƏBİB-də struktur dəyişikliyi

TƏBİB-də struktur dəyişikliyi
512 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.

Axşam.az xəbər verir ki, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub.