Tərtərdə ölənlər iki qardaşdır

Tərtərdə ölənlər iki qardaşdır
4248 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan ordusunun cəbhəboyu zonada təxribatı davam edir.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Şırxarx qəsəbəsində məcburi köçkünlər üçün salınan yaşayış məntəqəsi hədəf alınıb. Düşmənin atdığı mərmi nəticəsində iki mülkü vətəndaşımız həlak olub, ikisi yaralanıb. Ölənlər iki qardaş - Tərtərin Poladlı kənd sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu, 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğludur.

Yaralılar - Bərdə rayon Kələntərli kənd sakini Məmmədov Seymur Füzuli oğlu (1984), Məmmədov Faiq Malik oğludur (1989).

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.