"Ermənilər köhnə videoları yeni kimi təqdim edir"

"Ermənilər köhnə videoları yeni kimi təqdim edir"
539 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

Axşam.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb:

"Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".