Ermənistan ordusunun mövqeləri darmadağın edildi - MN

Ermənistan ordusunun mövqeləri darmadağın edildi -  MN
1555 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir.