"Erməni hücumu zamanı 2 şagird həlak olub, 1 müəllim xəsarət alıb"

"Erməni hücumu zamanı 2 şagird həlak olub, 1 müəllim xəsarət alıb"
690 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Təhsil Nazirliyi oktyabrın 1-dən etibarən 5-9-cu siniflərin əyani tədrisə başlaması və Bakı, Sumqayıt, Abşeronda bağçaların fəaliyyətə başlaması ilə bağlı brifinq keçirir.

Axşam.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın ərazilərinə hücumu nəticəsində cəbhəyanı zonada hazırda 420 məktəb fəaliyyətini məhdudlaşırıb.

Nazir zərər çəkən məktəblərin siyahısını açıqlayıb:

"Doqquz məktəb binası artilleriya hücumları nəticəsində ziyan görüb. İki şagirdimiz həlak olub, bir müəllimimiz xəsarət alıb. Biz nikbinik, əminik ki, Ordumuz qələbə qazanacaq və məktəblərimiz fəaliyyətə başlayacaq".