Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir

Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir
522 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.