"Ermənistan Azərbaycan ərazisini raket atəşinə tutub" - MN-dən xəbərdarlıq

"Ermənistan Azərbaycan ərazisini raket atəşinə tutub" -  MN-dən xəbərdarlıq
1225 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub".

Axşam.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb:

"Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın. Xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək" deyə, məlumatda bildirilib.