Ermənilərin öz aparıcıları kimi təqdim etdiyi Jalə: "Məni təhqir etməyin"

Ermənilərin öz aparıcıları kimi təqdim etdiyi Jalə:  "Məni təhqir etməyin"
9544 dəfə oxunub
  • A-
  • A
  • A+
İTV-nin aparıcısı Jalə Həsənlinin bir neçə kəndimizin azad edilməsi ilə bağlı xəbərləri oxuyarkən ağlaması sosial şəbəkələrdə qısa zamanda sürətlə yayılmışdı.

Axşam.az xəbər verir ki, aparıcının görüntüləri ermənilərdə də yayılıb. Düşmən isə Jaləni öz aparıcıları kimi qələmə verib. Onlar J.Həsənlinin ağlayan fotosunu yerləşdirərək "Erməni aparıcı Qarabağla bağlı xəbərləri oxuyarkən kövrəlib. Aparıcı şəhidlərin məlumatını deyərkən göz yaşlarını saxlaya bilməyib" başlıqlı yazıları mediada yayımlayıblar.

Məsələ ilə bağlı paylaşım edən Jalə bunları yazıb:

"Zarafatsız, mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: Üzsüzlük. Mən "Sarı Gəlinəm", "Balabanam", "Yarpaq dolmasıyam", "Kabab" sizin üçün? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar? Heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar... Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaqsa təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin".