“Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”

“Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”
406 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb”.

Axşam.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

Bildirilir ki, Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır. Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Görünən odur ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar.