İki şagird həlak olub, 1 müəllim qəlpə yarası alıb - Təhsil Nazirliyi

İki şagird həlak olub, 1 müəllim qəlpə yarası alıb -  Təhsil Nazirliyi
1903 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.

Axşam.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, Naftalan şəhəriundə bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.