Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə zərər vurub - Fotolar

Ermənilərin atdığı mərmi Goranboyda yaşayış evlərinə zərər vurub -  Fotolar
1039 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı kəndləri hədəf almağa davam edir.

Axşam.az "Report"a istinadən xəbər verir ki, düşmən tərəfindən atılan mərmilərdən biri Goranboy rayonunun Hacallı kəndindəki yaşayış evinin yaxınlığına düşüb. Nəticədə yerli sakin Knyaz Nəcəfova və daha bir şəxsə məxsus evə zərər dəyib.

Ermənilərin atdığı bir neçə mərmi isə əkin sahələrinə düşüb.

Qeyd edək ki, atəş nəticəsində ümumilikdə 15-ə yaxın evə və yardımçı tikiliyə zərər dəyib, bir neçə iri və xırda buynuzlu heyvan tələf olub.