Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı

Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı
960 dəfə oxunub
  • A-
  • A
  • A+

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

Axşam.az xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir",- deyə məlumatda qeyd edilir.